“TikTok”er Aysun Mirişli hakim qarşısına çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”er Aysun Mirişli hakim qarşısına çıxarılır

Kriminal

01 Fevral 2024 22:11 1254


Fevral ayının 2-də “TikTok”er Aysun Mirişlinin məhkəməsi olacaq.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Aysun Ədalət qızı Mirişlinin məhkəmə prosesi Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, ötən ilin dekabr ayında “TikTok”da “axundova_302” adı ilə tanınan Aysun Mirişli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan Aysun Mirişli hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş etsə də, hakim bunu sübut edəcək sənədin olmadığına görə seçilmiş qətimkan tədbirini dəyişdirməyib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!