Tiktokerə ağır cəza istənildi

saytların hazırlanması

Evə çatdırılma

Tiktokerə ağır cəza istənildi

Kriminal

17 Yanvar 2025 17:20 289


Narkotik satışında ittiham edilən tiktoker Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib. Dördpendirli pizza

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Proses 23 yanvar tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!