Məşhur prodüser-aparıcı Tarix Əliyev (Tolik) etdiyi yardım paylaşımı ilə diqqət çəkib. O, küçədə zibil qutusunu eşən yaşlı qadına yardım edib.
Yenisabah.az xəbər verir ki, həmin anın əks olunduğu kadrları aparıcı şəxsi "İnstagram" səhifəsində paylaşıb.
Tarix Əliyev paylaşımına bu sözləri əlavə edib: Dördpendirli pizza
“Bu gün evə gələndə məhəlləmizin girəcəyində zibil qutularında eşələnən bir xanım gördüm. Onu sevindirməyi bacardımsa, nə xoş mənə.
Üzünü özüm bağladım ki, birdən kimsə qohumlarından görər və pis olar.
Bir də mənə 1-2 nəfər yazır ki, özümü reklam edirəm. Vallah, mən 20 ilin Tolikiyəm. Reklama ehtiyacım yoxdur. Bunu ona görə edib paylaşıram ki, bəlkə kimsə mənim acığıma lap çox belə işlər edər”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız