“Torqovı“da poz verən blogerə polisdən xəbərdarlıq:  “Ana-bacı baxır”

saytların hazırlanması

Evə çatdırılma

“Torqovı“da poz verən blogerə polisdən xəbərdarlıq: “Ana-bacı baxır”

Şou

28 Mart 2023 14:58 1052


Bakıda fəaliyyət göstərən Emilia Dinqo adlı model və blogerə polis xəbərdarlıq edib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib.

Nizami küçəsində çəhrayı libası və aksessuarları ilə kamera qarşısına keçən influenser hadisəni belə izah edib: Dominos pizza

“Bu fotosessiya zamanı məni polis saxladı. Bu “ağır cinayət”in qarşısını almaq üçün 6 nəfər serjant qaçaraq gəldi. Hansı qanunu pozduğumu soruşanda mənə belə cavab verdilər: “Belə geyimdə çəkiliş qadağandır”, “Bura plyaj deyil”, “Bura Azərbaycandır, eşidirsiz?”, “Ana-bacı baxır”, “Şəkilləri silin”...

Təsadüfən bu qanunları konstitusiyada görmüsünüzsə, mənə skrinşot göndərin. Ümumiyyətlə, bu fotosessiyanı altı aya hazırlamışam. Şəkilin hər bir detalı xüsusi olaraq bu fotolar üçün hazırlanıb və hamısı birlikdə təxminən 2500 manat edib”.

Qeyd edək ki, Emilia fərqli fotosessiyaları və imici ilə tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!