Tovuzda əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nuru Tağıyev saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, onun üzərindən 1 ədəd atəşə yararlı, “EAGLE” markalı tapança-pulemyot, 1 ədəd həmin silaha aid daraq və 3 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir. pizza sifarişi
Telegram kanalımız