Tovuz tərəfdə nə baş verir? - Ermənistan MN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Tovuz tərəfdə nə baş verir? - Ermənistan MN-dən AÇIQLAMA

Siyasət

18 Fevral 2024 22:11 19036


Ermənistanın Çəmbərək (Tovuz-Gədəbəy istiqaməti) rayonunda yerləşən hərbi hissələrin birində “müharibə vəziyyəti və əsgərlərin hərbi hissəni tərk etməsinin qadağan olunması ilə bağlı tapşırıq verilməsi” haqqında xəbər yayılıb.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sözügedən məsələ ilə bağlı təcili məlumat yayıb və iddianı təkzib edib.

Yerli KİV isə yazır ki, əsgərlərin çoxu sətəlcəm olub və onlara bu barədə danışmaq qadağan edilib: Toyuqlu pizza

“Problem hərbçilərə andiçmə mərasimindən sonra iki günlük məzuniyyət verilməsi nəticəsində yaranıb. Onlara tapşırılıb ki, bədən temperaturu 40 dərəcəyə qalxana qədər səs çıxarmasınlar. Hətta həkimə gedəcəkləri təqdirdə cinayət işi açılacağı ilə hədələyiblər”.

Ermənistan MN bu iddianı da təkzib edərək, heç bir epidemiya olmadığını qeyd edib. Bununla belə, hər iki informasiya ölkədə çaxnaşmaya səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!