Tovuzda 34 yaşlı kişi bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda 34 yaşlı kişi bıçaqlandı

Kriminal

23 Aprel 2023 14:04 913


Tovuz rayonunun Köhnəqala kəndində bıçaqlanma olub.

Yenisabah.az xəbər verir ki, rayonun Məşədilər kənd sakini, 1988-ci il təvəllüdlü Xanmirzəyev Canpolad Çapay oğlu Köhnəqala kəndində fəaliyyət göstərən çayxanada aralarında olan şəxsi münasibətlər zəminində tanışı, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Alıyev Elsevər Məlik oğlu ilə mübahisə edib.

Mübahisə zamanı C.Xanmirzəyev E.Alıyevi bıçaqla vuraraq ona döş qəfəsinin sağ ön səthinin və sol qoltuq altı nahiyənin kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirib. Marqarita pizza

Hadisə ilə əlaqədar Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!