Tovuzda DƏHŞƏT: İki qadın yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda DƏHŞƏT: İki qadın yanaraq öldü

Hadisə

25 İyul 2022 09:44 949


Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. 

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. pizza

Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!