Tovuzda zəhərlənənlərin əsl sayı üzə çıxdı - 55 nəfər

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda zəhərlənənlərin əsl sayı üzə çıxdı - 55 nəfər

Sosial

19 Dekabr 2024 13:57 618


Tovuzda zəhərlənənlərin sayı 55 nəfər imiş.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunur.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub. Dördpendirli pizza

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumatında 20 nəfərə yaxın şagirdin zəhərləndiyi bildirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!