“Toy və yas mərasimlərinə qoyulan qadağalar  davam etməlidir” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Toy və yas mərasimlərinə qoyulan qadağalar davam etməlidir” - Deputat

Sosial

25 Sentyabr 2020 21:28 1086


“Koronavirus pandemiyasının davam etdiyi dövrdə müxtəlif kütləvi tədbrilərinin, o cümlədən toy  və yas mərasimlərinin keçirilməsi ilə bağlı qoyulan qadağalar  davam etməlidir. Biz ümumiyyətlə toy və yas mərasimlərinin keçirilməsinin formatının dəyişdirilməsi istiqamətində ciddi addımlar atmalıyıq”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, ümumiyətlə qapalı məkanlarla bağlı  məsələlərə ciddi yanaşmalıyıq. “İnsanlaırn maska taxması məsuliyyəti artırılmalıdır. Təəssüflər olsun ki, biz   son vaxtlarda qapalı məkanlarda  maskadan   istifadənin azalmasını müşahidə  etməkdəyik. Bir sıra qapalı müəssisələrdə işçilər maskalardan istifadə etmirlər. Xüsusən də metroların giriş çıxışındakı xırda ticarət obyektlərinin qarşısında toplaşan insanlar  maskalardan istifadə etmir”-millət vəkili qeyd edib. Pepperoni pizza

Komitə sədri hesab edir ki,  polis qapalı məkanlarda reydləri artırmaqla ciddi şəkildə  qaydalara riayət edilməsinə nəzarət etməlidir: “Lazım gələrsə, ictimaiyyətin də nümayəndələri bu prosesə cəlb oluna bilər”.  /Ölkə.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!