Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az "Report"a istinadla xəbər verir ki, "VAZ-2104" markalı minik avtomobili Xudat-Qusar yolunun Yalama kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.
Avtomobildə olan Qusar rayon sakini 1976-cı il təvəllüdlü Asəf Hacıyev hadisə yerində ölüb. Pepperoni pizza
Onun sərnişini 1975-ci il təvəllüdlü Ramiddin Tamazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
A.Hacıyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız