Toyda mahnı üstündə DAVA DÜŞDÜ: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Toyda mahnı üstündə DAVA DÜŞDÜ: Ölən və yaralananlar var

Kriminal

17 Noyabr 2023 08:45 2684


Türkiyənin İzmir şəhərinin Menemen rayonunda bir nəfərin pompalı tüfənglə atəş açması nəticəsində bir yeniyetmə ölüb, yeddi nəfər yaralanıb.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, hadisəyə səbəb 18 yaşlı oğlanın musiqi səsinin kəsilməsi ilə bağlı tələbinin geri çevrilməsi olub.

Metin S. adlı gənc evinə gedərək oradan götürdüyü pompalı tüfənglə toy məclisinə qayıdıb. Sözügedən silahla ətrafa nizamsız atəş açmış şübhəli daha sonra hadisə yerindən qaçsa da, polis onu qısa müddətdə yaxalaya bilib. Sezar pizza

Olayda yaralanmış səkkiz nəfər xəstəxanaya yerləşdirilsə də, onlardan 16 yaşlı Aytekin Elkalkmışın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!