Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, 57 yaşlı 1-ci Qarabağ müharibəsi qazisi Telman Omarov uşağı oğurlayaraq yaşadığı evə gətirib.
O, uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb. Dominos pizza
Sərxoş vəziyyətdə olan T.Omarov polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.
Araşdırma aparılır.
Telegram kanalımız