Tramp: “Çin 60 trilyon təzminat ödəməlidir!”

saytların hazırlanması

Evə çatdırılma

Tramp: “Çin 60 trilyon təzminat ödəməlidir!”

Dünya

20 Dekabr 2021 11:19 737


ABŞ-ın sabiq prezidenti Donald Tramp Çindən 60 trilyon dollar həcmində reparasiya ödəməsini tələb edib.

Yenisabah.az-ın xəbərinə görə, “Fox” telekanalının yaydığı məlumatda deyilir ki, Tramp bu vəsaitin koronavirus pandemiyasının vurduğu ziyanın qismən kompensasiya edilməsinə yönəldiləcəyini açıqlayıb: “Onlar bu təzminatı ödəməlidirlər, amma təəssüf ki, hazırda Çinin bu qədər pulu yoxdur. Həmin vəsait bütün dünya üçün nəzərdə tutulmalıdır”.

Eks-prezident dünyanı bürümüş COVİD-19 virusunun məhz Çində laboratoriyada hazırlandığına aid dəqiq məlumatlara malik olduğunu da vurğulayıb. pizza

Qeyd edək ki, bir qədər əvvəl Amerika kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı məxfi hesabatın bir qismini KİV-lərdə dərc etmişdir. Araşdırmaların yekununda yerli mütəxəssislər bu qənaətə gəliblər ki, koronavirus bioloji silah qismində Çinin laboratoriyasında hazırlanmışdır. (reyting.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!