Donald Tramp FTB-nin Floridadakı Mar-a-Laqodakı malikanəsində reyd keçirdikdən sonra ilk mitinqində Co Baydeni “dövlətin düşməni” adlandırıb.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, Pensilvaniya ştatının Uilks-Barr şəhərində minlərlə tərəfdarı qarşısında çıxış edən keçmiş ABŞ prezidenti Baydeni ona qarşı FTB-dən istifadə etməkdə ittiham edib.
Tramp deyib: "Basqın Amerika tarixində istənilən administrasiya tərəfindən səlahiyyətdən ən şok edici sui-istifadələrdən biri idi". Dördpendirli pizza
Telegram kanalımız