Tramp: Üçüncü dünya müharibəsinin astanasındayıq

saytların hazırlanması

Evə çatdırılma

Tramp: Üçüncü dünya müharibəsinin astanasındayıq

Dünya

19 İyul 2024 12:01 648


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa görə dünya Üçüncü dünya müharibəsinin astanasındadır. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Respublikaçılar partiyasının qurultayında bəyan edib. 

“Silahlar artıq irəli-geri sürünən və bir-birinə atəş açan tanklar deyil. Biz kütləvi məhv silahlarından danışırıq”,- deyə - Tramp vurğulayıb.  Sezar pizza

 Onun sözlərinə görə, dünya indiyə qədər heç vaxt yaşamadığı beynəlxalq böhran yaşayır. “Avropada və Yaxın Şərqdə müharibə gedir. Artıq savaş ruhu Tayvan, Koreya, Filippin və bütün Asiyada dolaşır”, - deyə Tramp əlavə edib. 

O, prezident olacağı təqdirdə bütün böyük beynəlxalq münaqişələrə son qoya biləcəyini iddia edib. “Mən bu administrasiyanın yaratdığı bütün beynəlxalq böhranlara, o cümlədən Rusiya və Ukrayna arasında baş verən dəhşətli müharibəyə və İsrailə hücumun törətdiyi müharibəyə son qoyacağam”, – deyə respublikaçı namizəd söyləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!