Trampa doğru uçan güllənin görüntüsü yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Trampa doğru uçan güllənin görüntüsü yayıldı

Dünya

14 İyul 2024 18:49 1391


1983-cü ildən ABŞ prezidentlərinin şəkillərini çəkən amerikalı fotoqraf Duq Mills sui-qəsd zamanı Donald Trampa doğru uçan güllənin fotosunu çəkə bilib.

Oxu.Az xəbər verir ki, müvafiq kadr Millsin işlədiyi "The New York Times" tərəfindən dərc edilib.

Fotoqrafın şəkilləri keçmiş FTB xüsusi agenti Maykl Harriqan tərəfindən qiymətləndirilib. Onun sözlərinə görə, fotodakı güllə bir qədər aşağıdan uçur, lakin bu, təəccüblü deyil, çünki cinayətkar bir neçə dəfə atəş açıb. Dördpendirli pizza

Qeyd olunur ki, Mills öz işi üçün saniyədə 30 kadr sürətlə çəkə bilən kameradan istifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!