Trampa qəsd: FTB onu daxili terror sayır

saytların hazırlanması

Evə çatdırılma

Trampa qəsd: FTB onu daxili terror sayır

Dünya

15 İyul 2024 13:37 655


Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampın seçki kampaniyası zamanı baş verən atışmanı həm qətlə cəhd, həm də “potensial” daxili terror hadisəsi kimi qiymətləndirir.

Yenisabah.az “The Hill”ə istinadla xəbər verir ki, bu barədə FTB nümayəndəsi danışıb.

Onun sözlərinə görə, istintaqın hazırkı mərhələsində FTB Trampa hücum edənin tək şəxs olduğuna inanır. Sezar pizza

“Terrorla Mübarizə Şöbəmiz və Cinayət Departamentimiz motivi müəyyən etmək üçün birlikdə işləyir”, - FTB-nin Daxili Təhlükəsizlik Departamentinin icraçı köməkçisi Robert Uells bildirib.

Atəş açan şəxsin kimliyi ilə bağlı danışan FTB sözçüsü qeyd edib ki, agentlik hələ də əlavə araşdırma aparmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!