Trampa qəsd: İran inkar edir

saytların hazırlanması

Evə çatdırılma

Trampa qəsd: İran inkar edir

Dünya

07 Avqust 2024 08:55 541


İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi Amerikanın keçmiş prezidenti Donald Tramp da daxil olmaqla, Amerika ərazisində siyasi qətllər törətməkdə ittiham olunan bir pakistanlıya dair ittihamları rədd edib.

Yenisabah.az xəbər verir ki, söhbət 46 yaşlı Asif Merçantdan gedir.

ABŞ Ədliyyə Nazirliyinin Pakistan vətəndaşına dair iddiaları Federal Təhqiqat Bürosunun (FTB) apardığı araşdırmalara əsaslanır. pizza mizza

"Bu ittihamlar əsassız və qərəzlidir, - deyə İslam Respublikasının BMT-dəki nümayəndəsi bildirib. - İran İslam Respublikasının nöqteyi-nəzərindən Tramp Qasim Süleymaninin öldürülməsinə göstəriş verdiyi üçün məhkəmədə mühakimə olunmalı və cəzalandırılmalı olan cinayətkardır. İran onu məsuliyyətə cəlb etmək üçün hüquqi yol seçib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!