Trampa sui-qəsd: Cinayətkarın kimliyi müəyyən edildi

saytların hazırlanması

Evə çatdırılma

Trampa sui-qəsd: Cinayətkarın kimliyi müəyyən edildi

Dünya

14 İyul 2024 09:09 1997


20 yaşlı Tomas Metyu Kruks ABŞ-ın keçmiş prezidenti Donald Trampı Pensilvaniyada keçirilən mitinqdə öldürməyə cəhd edib.

Yenisabah.az Fox News-a istinadla xəbər verir ki, bu barədə FTB (Federal Təhqiqatlar Bürosu) məlumat yayıb.

O, Trampın yerləşdiyi səhnədən təxminən 120 metr aralıda yerləşən istehsalat zavodunun damından bir neçə dəfə atəş açıb, onlardan biri eks-prezidentin qulağına dəyib. Marqarita pizza

Atəş açan şəxsin motivləri barədə məlumat verilmir.

Eyni zamanda, FTB-nin Pittsburq ofisindən məsul olan xüsusi agent Kevin Rozek mitinqin keçirildiyi Batlerdəki mətbuat konfransında deyib ki, səlahiyyətlilər “bunu edənin və hər hansı bir şəxsin kimliyini müəyyən etmək üçün qızğın şəkildə işləyirlər. Onlar vinayətin motivinə dair ictimaiyyətdən istintaqa kömək edə biləcək istənilən məlumatı dinləməyə hazırdır.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Trampın Pensilvaniya ştatında keçirilən mitinqində baş verən atışmanı qətlə cəhd adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!