Trampın iştirak etdiyi tədbirdə atəş açıldı -   Durumu necədir?

saytların hazırlanması

Evə çatdırılma

Trampın iştirak etdiyi tədbirdə atəş açıldı - Durumu necədir?

Dünya

26 Aprel 2026 09:35 403


Ağ Ev Müxbirləri Assosiasiyasının şənbə günü paytaxt Vaşinqtondakı otellərdən birində, ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə keçirilən qəbulunda atəş açılıb.

“Yeni Sabah” xarici mətbuata istinadən bildirir ki, zalda güclü partlayışlar baş verib, ardınca xaos yaşanıb.

Məxfi Xidmət agentləri prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Cey Di Vensi və Ağ Evin mətbuat katibi Kerolayn Livitti zaldan çıxarıblar.

Hadisədən sonra Donald Trampın avtomobili Ağ Evə doğru hərəkət edib.

“New York Post” qəzetinin məlumatına görə, Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir. O, saxlanılıb. Atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxılacaq.

Şübhəli şəxs odlu silahdan istifadə etməklə ABŞ Məxfi Xidmətinin əməkdaşına hücumda ittiham olunacaq.

Donald Tramp şübhəli şəxsin Məxfi Xidmətin zabitlərindən birinə yaxın məsafədən atəş açdığını bildirib. Qeyd edib ki, zabit xəsarət alsa da, zirehli geyim onu xilas edib, hazırda durumu yaxşıdır.

ABŞ Prezidenti Donald Tramp hadisə ilə bağlı açıqlama verib. O, deyib:

“Vaşinqtondakı Hilton oteldə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib. Çox tezliklə bunu biləcəyik”.

Tramp bundan başqa həmin şəxsin bir neçə silahla silahlandığını deyib.

Birləşmiş Ştatlar lideri onu da qeyd edib ki, hadisə zamanı ABŞ Gizli Xidmətinin əməkdaşlarından biri vurulub, lakin onun zirehli geyimi onu ciddi xəsarətdən xilas edib:

“Zabitlərdən biri vurulub, lakin onun güllə keçirməyən jilet geyinməsi onu xilas edib. O, çox yaxın məsafədən çox güclü silahla vurulub, amma jileti işə yarayıb. Mən həmin zabitlə danışdım və o, əla vəziyyətdədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!