Trampın qızı 8 saat dindirildi

saytların hazırlanması

Evə çatdırılma

Trampın qızı 8 saat dindirildi

Dünya

06 Aprel 2022 13:06 890


ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Kapitoli binasına hücumun təhqiqatı ilə məşğul olan komitəyə səkkiz saat ifadə verib.

Yenisabah.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb. 

Qanunvericilər İvanka Trampın suallara geniş cavab vermədiyi barədə qısa şərhlə kifayətlənib. Sezar pizza

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Donald Trampın tərəfdarları Demokratlar Partiyasının namizədi Cozef Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrinin təsdiqlənməsini pozmağa cəhd edərək Konqresin binasına soxulub. 

Nümayəndələr Palatasında yaradılan İstintaq Komitəsi artıq yüzlərlə insanı bağlı qapılar arxasında dindirib və arxivdən Ağ Evin sənədlərini tələb edib. Komitə, həmçinin Donald Trampın ifadə verməkdən imtina edən iki sabiq müşaviri - Stiven Bannon və Mark Medouzun cinayət təqibinə başlayıb.

Martın əvvəlində İstintaq Komitəsi Donald Trampın seçkilərin nəticələrini ləğv etmək üçün cinayət və ya saxtakarlıq etmiş ola biləcəyini bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!