“Trans Səbiş” və dostları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Trans Səbiş” və dostları saxlanıldı

Kriminal

13 Fevral 2023 11:29 2036


Abşeronda quldurluq və hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 3 nəfər saxlanılıb. 

DİN Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, fevralın 10-da Xırdalan şəhərində 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını almaları barədə polisə məlumat daxil olub. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.  Pepperoni pizza

Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, instaqram sosial şəbəkəsindəki səhifəsini ələ keçirmələri, cari il yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub. 

"Qafqazinfo"nun məlumatına görə, Qismət Soltanov sosial şəbəkələrdə "trans Səbiş" ləqəbi ilə tanınan şəxsdir. O, daha əvvəl də Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə komendantın köşkünə bıçaqla hücum çəkmiş və buna görə ona cinayət işi açılmışdı. Q.Soltanov şərti cəza alaraq azadlıqda qalmışdı. 

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!