Tunisdə referendum: Prezidentə müstəsna səlahiyyətlər verildi

saytların hazırlanması

Evə çatdırılma

Tunisdə referendum: Prezidentə müstəsna səlahiyyətlər verildi

Dünya

28 İyul 2022 15:19 873


Tunisdə yeni dövr başladı.

Yenisabah.az "TAP"a istinadla xəbər verir ki, Tunisdə keçirilən referendumun nəticələrinə əsasən, seçicilərin 94.6%-i yeni konstitusiyanın lehinə səs veriblər. Lakin maraqlıdır ki, seçkidə fəallıq 27.5% olub.

142 maddəlik dəyişikliklə hazırlanan yeni konstitusiyaya əsasən, mövcud prezident Kays Səidin səlahiyyətləri genişləndirilir, parlamentin isə azaldılır. Həmçinin, prezident istədiyi vaxt parlamenti buraxa, nazirlər kabinetini də parlamentin qərarı olmadan istədiyi vaxt tam tərkibdə istefaya göndərə bilər. pizza mizza

Ən çox müzakirələrə səbəb olan isə "Dövlətin dini islamdır" maddəsinin yeni konstitusiyadan çıxarılmasıdır.

İslamçı "Əl Nahda" və digər müxalif partiyalar referenduma qatılmayaraq onu boykot ediblər. Müxalifət düşünür ki, yeni konstitusiya ölkəni "Ərəb Baharı"ndan öncəki dövrə, diktaturaya doğru aparır.

Kays Səid isə Ərəb Baharından sonra islamçıların hazırladığı 2014 konstitusiyandan qurtulmağın yeni bir dövrü başladacağını deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və BƏƏ prezident Kays Səidi dəstəkləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!