Türk  rəsmilər rus gəmisinin yükünü araşdırır

saytların hazırlanması

Evə çatdırılma

Türk rəsmilər rus gəmisinin yükünü araşdırır

Dünya

05 İyul 2022 14:28 713


Türkiyə Qara dənizin Karasu limanı yaxınlığında Rusiya bayrağı altında üzən “Jibek Jolı ” yük gəmisindəki taxılın mənşəyi ilə bağlı araşdırmaya başlayıb.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin yüksək vəzifəli bir rəsmisi məlumat yayıb.

Gəmi hələ yükü boşaltmayıb. Türkiyə səlahiyyətliləri yükün mənşəyi və trayektoriyasını müəyyən edənə qədər o, limanda qalacaq. Dördpendirli pizza

Rusiyanın xarici işlər naziri Sergey Lavrov quru yük gəmisinin göyərtəsindəki yükün Tallin ilə Ankara arasında müqavilə əsasında olduğuna aydınlıq gətirib.

Türkiyədə saxlanılan quru yük gəmisinin keçmiş icarəçisi, Navigator şirkətinin baş direktoru Vyaçeslav İqonin bildirib ki, onu 2021-ci ilin noyabrında Qazaxıstanın “Kazmortransflot” (KTMF) şirkətinə təhvil verib və hazırda gəmi ilə heç bir əlaqəsi yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!