Türkiyə 6 nəfərin ekstradisiyasını tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə 6 nəfərin ekstradisiyasını tələb edir

Dünya

08 Sentyabr 2022 10:37 791


Türkiyə rəsmi Helsinkidən Finlandiyanın yayda rədd etdiyi 6 ekstradisiya tələbinə yenidən baxmağı xahiş edib.

Yenisabah.az "Yle"yə istinadla xəbər verir ki, bundan əlavə, avqust ayında Türkiyə Finlandiyaya ekstradisiya üçün tamamilə yeni bir sorğu göndərib”, - portal qeyd edir.

Finlandiyanın Ədliyyə Nazirliyindən verilən məlumata görə, hazırda bütün bu ekstradisiya sorğularına baxılır və buna görə də idarə onlara münasibət bildirmir. Marqarita pizza

Türkiyənin ekstradisiya tələbləri Finlandiya və İsveçin NATO-ya üzvlük iddiaları ilə gündəmə gəlib. Türkiyə bu ölkələrin alyansa qoşulmaq niyyətini açıq şəkildə tənqid edib, çünki prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Finlandiya və İsveç “terrorçulara sığınacaq verib”.

Ekstradisiya tələbləri NATO-nun iyunun sonunda Madriddə keçirilən sammitindən sonra edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!