Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına etiraz edir  

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına etiraz edir  

Siyasət

16 Fevral 2024 15:27 399


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarına münasibət bildirib.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Nazirliyin saytında bəyanat yayılıb. 

Nazirlik qərardan təəsüfləndiyini qeyd edib və əlavə edib ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir.  pizza hut

“Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır”, - bəyanatda deyilir. 

Qeyd edək ki, yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsi üçün səsvermə keçirilib. Səsvermədə qərarın lehinə 75 deputat, əleyhinə 10 nəfər səs verib. Beləliklə, Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!