Türkiyə Aya getməyi hədəfləyir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Aya getməyi hədəfləyir

Siyasət

10 Fevral 2021 11:44 620


Ölkəmizin tarixi dönüş nöqtəsinə şahidlik edirik. Planetin kosmos yarışında Türkiyəni üst səviyyəyə qaldıracağıq.

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Milli Kosmos Proqramının təqdimat mərasimində deyib.

Ərdoğan bildirib ki, Türkiyə peyk istehsalı qabiliyyətinə sahib olan azsaylı ölkələrdəndir. Toyuqlu pizza

"Müşahidə peyklərində qazandığımız təcrübə ilə ötürücü peykləri özü istehsal edən ölkələr arasında yer tutacağıq", - deyən Türkiyə lideri 2023-cü ildə Aya getməyi hədəflədiklərini dünyanın diqqətinə çatdırıb.

"Təmsil etdiyimiz mədəniyyətin dünyada yenidən lider ola bilməsi Türkiyənin kosmos yarışında qət edəcəyi məsafəyə bağlıdır. Ən önəmli hədəfimiz Cümhuriyyətimizin 100-cü ildönümündə Ayla ilk təması həyata keçirməkdir. İnşallah Aya gedirik. 2023-cü ilin sonunda yaxınmənzilli milli və hibrid raketimizlə Aya sərt eniş həyata keçirəcəyik", - Ərdoğan çıxışında qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!