Türkiyə İsrail əleyhinə kampaniyaya qoşulmağa çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə İsrail əleyhinə kampaniyaya qoşulmağa çağırış etdi

Dünya

09 Avqust 2024 15:47 531


Türkiyə Cənubi Afrikanın iddiası ilə bütün dünyanı İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki prosesə qoşulmağa çağırıb.

Yenisabah.az əbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan danışıb.

O bildirib: “Bütün dünya İsrailə qarşı soyqırım iddiasına qoşulmalıdır. İsraili qeyd-şərtsiz dəstəkləyənlərin hamısı onun Qəzzada törətdiyi cinayətlərə ortaqdır. Qəzzada törədilən cinayətlər cəzasız qalmayacaq, gec-tez onları törədənlər cavab verməlidir”. Dördpendirli pizza

Avqustun 7-də Türkiyə İsrailə qarşı prosesə qoşulmaq üçün Haaqa məhkəməsinə müraciət edib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bundan əvvəl də dəfələrlə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunu “müharibə cinayətkarı” adlandıraraq, onun Qəzza zolağında insanlığa qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.

Cənubi Afrika 29 dekabr 2023-cü ildə Haaqa Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!