“Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır“ - Kalın

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır“ - Kalın

Dünya

11 Mart 2022 14:26 426


"Türkiyə hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır, etimad kanalını açıq saxlamaq istəyir".

Yenisabah.az "A Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Hazırda biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq. Çünki etimad kanalının açıq qalmasını istəyirik. Təbii ki, iqtisadiyyatımızın zərər görməsini istəmirik", - deyə telekanal Kalından sitat gətirib. Dördpendirli pizza

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın bütün müttəfiqlərdən Rusiyaya qarşı sanksiyalar gözlədiyini, bu siqnalın Türkiyəyə də göndərildiyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!