Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

Dünya

04 İyul 2024 15:48 552


Türkiyə səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenisabah.az “Der Spiegel”ə istinadla xəbər verir ki, səfirə Türkiyə yığmasının futbolçusu Merih Demiralın Avstriya ilə matç zamanı bozqurd işarəsi göstərdiyinə dair irad bildirilib.

İnsident iyulun 2-də Futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsində yaşanıb. Bundan sonra Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Marqarita pizza

Hazırda Almaniyada “Bozqurd” təşkilatının 18 500 nəfərədək üzvü var. Onun fəaliyyəti qadağan edilməsə də, müvafiq qurumların mütəmadi nəzarəti altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!