Türkiyə şirkəti Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə şirkəti Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib? - RƏSMİ AÇIQLAMA

Hadisə

04 İyul 2022 19:30 2461


Müdafiə Nazirliyi Türkiyənin "Öztek Tekstil Terbiye A.Ş." şirkəti ilə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin Öztek Tekstil Terbiye A.Ş. şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb. Toyuqlu pizza

Bildiririk ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!