Türkiyə ticarətin bərpası üçün İsrailə şərt irəli sürdü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ticarətin bərpası üçün İsrailə şərt irəli sürdü

Dünya

03 May 2024 13:14 389


Qəzza zolağında daimi atəşkəs əldə olunmayana qədər Türkiyə İsraillə ticarəti bərpa etməyəcək.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.

Türkiyənin digər tələbi humanitar yardımın Qəzza zolağına maneəsiz və fasiləsiz daxil olmasının təmin edilməsidir. Bu tələbi mayın 2-də Türkiyənin Ticarət Nazirliyi irəli sürüb. pizza

"İsrailin güzəştsiz mövqeyi və Qəzza zolağında vəziyyətin pisləşməsi Türkiyəni ticarəti dayandırmağa vadar etdi", - deyə nazir əlavə edib.

Bir gün əvvəl İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ankaranın İsrailin Türkiyə limanlarında idxal və ixracına qadağa qoyması qərarından sonra ticarət razılaşmalarını pozmaqda ittiham edib.

Katz bildirib ki, XİN Türkiyə ilə ticarət üçün alternativlər axtaracaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!