“İsrail ordusunun Qəzzanın şimalında yaşayan Fələstin əhalisinin 24 saat ərzində Qəzzanın cənubuna çəkilməli olduğu barədə açıqlaması tam şəkildə qəbuledilməzdir”.
Yenisabah.az xəbər verir ki, bu, Türkiyə XİN-in bəyanatında qeyd olunub.
“Günlərdir heç bir fərq qoyulmadan bombardmanlara məruz qalan, işıq, su və qidadan məhrum olan 2,5 milyon Qəzza əhalisinin son dərəcə məhdud bir ərazidə miqrasiyaya məcbur edilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Dördpendirli pizza
Gözləyirik ki, İsrail bu ağır səhvi dərhal aradan qaldıracaq və Qəzzada dinc əhaliyə qarşı amansız hərəkətlərinə dərhal son qoyacaq”, – deyə açıqlamada qeyd olunub.
Telegram kanalımız