Türkiyə XİN Qazaxıstanla bağlı bəyanat verdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə XİN Qazaxıstanla bağlı bəyanat verdi

Dünya

05 Yanvar 2022 14:53 1011


"Türkiyə Qazaxıstanda baş verənləri yaxından izləyir və böhranın aradan qaldırılacağına əmindir".

Yenisabah.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur: Pepperoni pizza

"2022-ci il yanvarın 2-3-də Qazaxıstanda başlayan və bu səhər hökumətin istefası ilə başa çatan etiraz aksiyalarını diqqətlə izləyirik. Biz dost Qazaxıstanın sabitliyinə böyük əhəmiyyət veririk. Ümidimiz qardaş Qazaxıstanın sülh və əmin-amanlığınadır. Tam əminik ki, Qazaxıstan rəhbərliyi bu böhranı aradan qaldıracaq. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, vəziyyət yaxın gələcəkdə normallaşacaq”.

Daha sonra bəyanatda qeyd olunur:

“Təhlükəsizlik qüvvələri də daxil olmaqla, yaralanan qazax qardaşlarımıza tezliklə şəfa diləyirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!