Türkiyənin Sakarya şəhərində bir qadın meymunçiçəyi (mpox) virusu şübhəsi ilə karantinə alınıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə yerli media orqanı "Medyabar" xəbər yayıb.
Bildirilib ki, səhər saatlarında 34 yaşlı seneqallı qadın dəri narahatlığı şikayəti ilə Sakarya Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib. Dördpendirli pizza
Xəstəni müayinə edən təcili yardım həkimi qadının bədənindəki ləkələrdən şübhələnərək onu xüsusi bir otağa aldırıb və karantin tətbiqinə başlayıb.
Hazırda qadının yanına heç kim buraxılmır.
Aparılan ilk müayinələrdə pasiyentin dəri narahatlığına bağlı şikayətləri olduğu müəyyən edilib. Lakin meymunçiçəyi xəstəliyinə dair qəti bir diaqnoz hələ qoyulmayıb. Müayinələr davam edir.
Telegram kanalımız