Türkiyədə çalışan 20 azərbaycanlı həkim könüllü cəbhəyə getdi 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə çalışan 20 azərbaycanlı həkim könüllü cəbhəyə getdi 

Sosial

09 Noyabr 2020 17:16 935


Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.

Yenisabah.az xəbər verir ki, bu, Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və TƏBİB-in dəstəyi ilə reallaşıb.

Bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan həkimlərimiz və həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə ölkəmizə 1 tondan çox tibbi ləvazimat göndərilib. Marqarita pizza

Qeyd edək ki, 1 ay öncə də cəbhədəki hərbçilərimizə xidmət göstərmək üçün 45 həkim Azərbaycana gəlib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!