Türkiyədə fabrikdə güclü partlayış oldu - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə fabrikdə güclü partlayış oldu - VİDEO 

Dünya

23 İyul 2024 17:27 724


Türkiyənin Bursa şəhərində kauçuk malların təkrar emalı fabrikində yanğın baş verib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, güclü alovlar ətarfdakı 7 fabrikə keçib. Yanğın genişləndiyindən ətrafdakı evlərdəki sakinlər təxliyə edilib. 

Verilən məlumatlara görə, yanğın bu gün saat 10-00 radələrində baş verib. Əvvəl alov Yıldırım bölgəsinin Vakıfköy məhəlləsi ərazisini əhatə edib.  Bursa Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə qrupları yanğını söndürsə də, yanğın ətrafdakı kağız, tekstil olmaqla 7 fabrikə keçib.  pizza hut

Fabrikaların yaxınlığındakı bütün evlər ehtiyat tədbiri olaraq boşaldılıb. 

Tııxac səbbəilə Vakıfköyün yanğınsöndürmə və vəzifəli qruplardan başqa əraziyə giriş qadağan edilib. 

Ərazini qara dumana bürüyən yanğın saatlarla davam edib. Lakin yanğınsöndürənlərin gərgin səyi nəticəsində yanğın nəzarətə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!