Türkiyədə meşə yanır, 4 helikopter havaya qalxdı 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə meşə yanır, 4 helikopter havaya qalxdı 

Dünya

30 İyul 2024 16:57 570


Türkiyənin Kahramanmaraş vilayətində meşə yanğınları baş verib. 

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, hadisə Onikişubat rayonunda qeydə alınıb. 

Yanğının söndürülməsi üçün əraziyə dörd helikopter, bir pilotsuz uçuş aparatı (PUA), 13 su çiləyici, beş su tankeri, üç ilkin müdaxilə texnikası, dörd iş maşını, altı yanğınsöndürən maşın və 20-si könüllü olmaqla 130 nəfərlik şəxsi heyət cəlb olunub.  Dominos pizza

Yanğının hansı səbəbdən baş verməsi hələki məlum deyil. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!