Türkiyədə rus gəmisi saxlanılıb? - Peskovdan cavab

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə rus gəmisi saxlanılıb? - Peskovdan cavab

Dünya

04 İyul 2022 14:07 852


"Türkiyədə Rusiya bayrağı altında üzən gəminin saxlanılmasına dair məlumatım yoxdur".

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Kremldə bu barədə məlumat yoxdur, bunu Nəqliyyat Nazirliyi və ya Xarici İşlər Nazirliyindən soruşmaq məsləhətdir", - deyə o, brifinqdə qeyd edib. pizza

Peskov əlavə edib ki, həbs zamanı Türkiyə tərəfi məlumatları Rusiya səfirliyinə və ya baş konsulluğuna təqdim etməlidir.

Bundan əvvəl Ukrayna taxılını daşıdığı iddia edilən Rusiya yük gəmisinin Türkiyədə saxlanılması xəbəri yayılmışdı. Ukrayna Türkiyə tərəfindən Rusiyanın işğalı altında olan Berdyansk limanından çıxarıldığı iddia edilən 4500 ton Ukrayna taxılını daşıyan yük gəmisinə həbs qoyulmasını istəyib.

Eyni zamanda, Rusiyanın Türkiyədəki səfirliyi bəyan edib ki, Rusiya quru yük gəmisinin saxlanılması barədə rəsmilər məlumat verməyib.

Ukrayna taxılını daşıyan Rusiya quru yük gəmisi ilə bağlı heç bir qərar verilməyib, o, hələ də Türkiyə limanının girişində dayanıb.

Bu barədə RİA Novosti Türkiyə gömrüyündəki mənbəyə istinadən xəbər verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!