Türkiyədə seçkilərin tarixi dəyişə bilər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə seçkilərin tarixi dəyişə bilər

Dünya

22 İyun 2022 13:05 1001


Türkiyədə 2023-cü ilin iyununda keçiriləcək prezident seçkiləri planlaşdırılandan bir ay tez baş tuta bilər.

Yenisabah.az TGRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbə  məlumat yayıb.

Partiya seçkilərin planlaşdırıldığı kimi iyunun 18-də deyil, mayın 14-də keçirilməsini təklif edir. AKP bayram mövsümünün başlanması ilə əlaqədar səsvermənin ikinci turunun mümkünlüyünü qeyd edir ki, bu da ilkin müddətə görə iyulda baş tutmalıdır. Toyuqlu pizza

Digər tərəfdən, təyin olunan seçkilərin tarixi ali məktəblərdə keçirilən imtahanlarla üst-üstə düşür ki, bu da seçici fəallığına və səsvermənin nəticələrinə mənfi təsir göstərə bilər.

AKP-dən seçki tarixinin mümkün təxirə salınması ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 2023-cü il iyunun 18-də keçiriləcəyini açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!