Meşə yanğınları ilə mübarizə aparan Türkiyə cümə axşamından etibarən xüsusilə ölkənin qərbinə və məşhur kurortlara təsir edəcək yeni isti dalğası ilə üz-üzədir.
Yenisabah.az “Yeni Şafak”a istinadla xəbər verir ki, bu gündən etibarən "səhra istisi" Türkiyənin qərbinə güclü zərbə vuracaq.
Proqnozlara görə, gələn həftə gözlənilən ikinci isti dalğası rekordları qıra bilər. Toyuqlu pizza
Cümə günü İstanbulda temperaturun 38 dərəcəyə yüksələcəyi gözlənilir. Ekspertlərin fikrincə, günorta saatlarında vətəndaşlar imkan daxilində özlərini qorumalıdırlar. Çanaqqalada 40, Aydında 42, İzmirdə 39, Antalyada 41, Ankarada 35 dərəcə isti gözlənilir.
Telegram kanalımız