Türkiyədə “TikTok” qadağan oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə “TikTok” qadağan oluna bilər

Dünya

29 Aprel 2024 20:35 626


“TikTok” platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib.

“Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan “TikTok” ən qısa zamanda bağlanmalıdır. Bildirmək istərdim ki, biz bu istiqamətdə qanun layihəsi hazırlayırıq. “TikTok” sosial media platforması sözün əsl mənasında bataqlığa çevrilib və bataqlıqda milçək tutmaqdansa, bataqlığı qurutmaq lazımdır”, - o qeyd edib. Sezar pizza

Öztürk əlavə edib ki, “TikTok” tətbiqi türk ailə quruluşuna və mədəniyyətinə uyğun olmayan görüntü və davranışların paylaşıldığı bir mühitdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!