Türkiyənin Egey sahillərində zəlzələ baş verib. 5 bal gücündə yeraltı təkanlar ən çox Egey dənizindəki Midilli adasında hiss olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar İzmir, Balıkəsir və Çanaqqalada da hiss olunub. pizza mizza
O da qeyd edilir ki, adada baş verən zəlzələdən sonra bir müddət 3,9, 4 və 4,8 bal gücündə təkanlar müşahidə olunub.
İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib.
Telegram kanalımız