Türkiyədən vasitəçilik təklifi: “Lavrov və Kulebanı görüşdürmək istəyirik“

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən vasitəçilik təklifi: “Lavrov və Kulebanı görüşdürmək istəyirik“

Dünya

04 Mart 2022 17:20 417


Türkiyə Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşünü təşkil etmək istəyir.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında bildirib:

“Türkiyə hər iki tərəflə dialoq qurmağa qadir olan nadir ölkələrdən biridir. Hələ müharibə başlamazdan əvvəl hər iki xarici işlər nazirini Antalyada diplomatik forumda bir araya gətirməyi planlaşdırırdıq, lakin bu, müharibədən əvvəl idi. Marqarita pizza

Biz Ukrayna və Rusiya tərəflərini nazirlər səviyyəsində bir araya gətirmək istəyirik. Lavrov dünən diplomatik forumda iştirakını təsdiqlədi, lakin bilmirəm ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bu şərtlərlə gələ bilər, ya yox”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!