“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi...” 

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi...” 

Siyasət

02 Mart 2021 08:40 1840


“Ermənistanın paytaxtında keçirilən həm Paşinyanın tərəfdarlarının, həm də onun əleyhidarlarının mitinqlərini müqayisə etsək Paşinyanın dinc yolla istefaya göndəriləcəyinə inanmaq mümkün deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, əslində Ermənistanın generalları Qarabağdakı ağır məğlubiyyətlərinə görə xəcalətlərindən yerə girməli idilər:

“Ancaq əksi baş verib. Onlar həyasızlıqla Paşinyanı istefaya göndərmək istəyirlər. Fikirimcə ölkənin daxilində dövlət çevrilişi etmək istəyən Sərkisyan, Koçaryan, Manukyan və başqa yaramazlar onlara kənarda ağalıq edənlərlə birlikdə Paşinyanı çıxarda bilməyəcəklər, məyus olacaqlar.  pizza hut

Camaatın fikrini döndərmək üçün bu insanlar necə həyasız şaiyələr uydururlar. Türkiyənin xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsindən ağlasığmaz yalanlar uydururlar”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!