Türkiyənin Azərbaycandakı yeni səfiri:   “Arı kimi işləyəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin Azərbaycandakı yeni səfiri: “Arı kimi işləyəcəyik”

Siyasət

03 Aprel 2021 10:56 831


Prezidentin qərarı ilə dost və qardaş Azərbaycana səfir təyin olundum.

Yenisabah.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağcı öz "Twitter" səhifəsində yazıb.

O, bu məsələdə göstərdiyi dəstəyə görə həm də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkürünü bildirib: pizza mizza

"Prezidentin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş Azərbaycana səfir təyin olundum. Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm. Əsaslı dostluq və qardaşlıq ruhu ilə, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin".

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Cahit Bağcının Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunması haqqında sərəncam imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!