Türkiyənin bu vilayətində seçki yenidən keçiriləcək 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin bu vilayətində seçki yenidən keçiriləcək 

Siyasət

05 Aprel 2024 10:53 448


AKP-nin etirazı ilə CHP namizədinin qalib gəldiyi Ərdahanda seçkilər təkrarlanacaq. 

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Belə ki, AKP-nin şəhər təşkilatı bütün bülletenlərin yenidən sayılması və seçkinin ləğvi üçün Mərkəz Rayon Seçki Şurasına etiraz edib. Şura AKP-nin ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq, səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib. Səsvermə iyunun 2-də baş tutacaq.  pizza

Bununla belə, CHP-nin namizədi, şəhərin həm də hazırkı bələdiyyə başçısı olan Faruk Dəmir Sözcü TV-yə seçki qurumunun bu qərarına etiraz edəcəyini bildirib. 

Qeyd edək ki, Türkiyədə martın 31-i yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Ərdahanda CHP-nin namizədi Faruk Dəmir 45,06%, AKP namizədi Yunus Baydar isə 43,51% səs toplayıb. İki namizəd arasında 174 səs fərqi olub. Şəhər üzrə isə 620 səs etibarsız hesab edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!