Türkiyənin İraqdakı hərbi bazası raket hücumuna məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin İraqdakı hərbi bazası raket hücumuna məruz qaldı

Dünya

16 Yanvar 2022 15:10 817


Türkiyə ordusunun İraqın Neynəva vilayətində yerləşən hərbi bazası raket hücumuna məruz qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İraqın “Shafaq” xəbər portalı xəbər verib.

Məlumata görə, Mosul şəhərinin şimal-şərqində Türkiyənin Zlikan hərbi bazası ərazisində üç raket partlayıb. Vilayətin güc strukturlarının nümayəndəsinin qeyd etdiyi kimi, türk əsgərlərindən heç biri xəsarət almayıb. Hücum yalnız maddi zərərlə nəticələnib. Dominos pizza

Türkiyə artilleriyası raketlərin atıldığı iddia edilən əraziyə atəş açıb.

Hələlik heç bir qrup və ya təşkilat bu hücuma görə məsuliyyəti üzərinə götürməyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!