TV ulduzu: “Uşaqlığımı oğurladılar“

saytların hazırlanması

Evə çatdırılma

TV ulduzu: “Uşaqlığımı oğurladılar“

Şou

12 Oktyabr 2022 14:11 903


“Reality” TV ulduzu, 41 yaşlı Paris Hilton 1990-cı illərdə Yuta ştatında problemli gənclər üçün internat məktəbində uşaqların cinsi istismara məruz qaldığını iddia edib.

Yenisabah.az xəbər verir ki, “New York Times” qəzetinə müsahibəsində o, 17 yaşında ikən 11 ay boyu Provo Kanyon məktəbində zorakılıq qurbanı olduğunu deyib.

Sözügedən məktəbdə fiziki və ruhi zorakılıq iddiaları ilə bağlı "problemli gənclər mərkəzləri" təşkil etmək üçün 2020-ci ildən bəri kampaniya aparan Hilton hadisələrin ört-basdır edilməsinə cəhd edildiyini bildirib. pizza hut

Səhərə yaxın digər qızlarla birlikdə tibbi müayinə adı altında zorakılığa məruz qaldığını iddia edən TV ulduzu “Twitter” hesabında yazıb:

"Bu ağrılı anları açmaq vacibdir, sağalıb bu zorakılığa son qoymağa kömək etmək üçün. Bu, təkcə mənim üçün deyil, digər sağ qalanlar üçün də təkrarlanan bir təcrübə idi. Mən zorakılığa məruz qalmışam və bunu yazarkən ağlayıram, çünki heç kim cinsi istismara məruz qalmamalıdır, xüsusən də uşaqlar. Uşaqlığım məndən oğurlandı və bu məni öldürür”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!